Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyə təyyarəsinin İranda qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib

12-03-2018, 09:20

Türkiyə təyyarəsinin İranda qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib



















İran FHN nümayəndəsi Möctaba Halidi Türkiyəyə məxsus təyyarənin ölkə ərazisində qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyünü təsdiqləyib.


DogruXeber.az-ın Fars News-a istinadən verdiyi xəbərə görə, İran FHN nümayəndəsi meyitlərin güclü yanğın nəticəsində tanınmaz hala düşdüyündən DNT testinin keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

Təyyarənin göyərtəsində olan şəxslər arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızı Minə və onun 7 rəfiqəsi olub.

@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram