Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hindistan da koronavirusa qarşı peyvənd istehsalına başladı

27-07-2020, 16:02

Hindistan da koronavirusa qarşı peyvənd istehsalına başladı










Hindistanın Serum İnstitutu (SII) avqust ayında eksperimental “Covishield” koronavirus peyvəndinin ilk hissəsinin istehsalına başlayacaq.
İnstitutun direktoru Adar Punavalla bu barədə “İndia TV”yə danışıb.
Dərman Oksford Universiteti və Avstriyanın “AstraZeneca” şirkəti tərəfindən hazırlanıb. Peyvənd istehsalının əvvəlcə ayda 60-70 milyon, tədricən 100 milyon dozaya çatdırılması planlaşdırılır.SII ilin sonuna qədər 300-400 milyon doza “Covishield” buraxmaq niyyətindədir.
İnstitut direktorunun sözlərinə görə, hind istehsalçıları peyvəndi ən ucuz qiymətə və Hindistanla yanaşı, yoxsul ölkələrdəki insanlara da əlçatan etməyə çalışacaqlar.
Koronavirus infeksiyasına qarşı peyvənd paralel olaraq dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Çin, İtaliya, Almaniya, Yaponiya, Rusiya və digərlərində hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram