Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər
28-11-2020, 16:21 117 dəfə baxılıb

PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər











PKK/KCK-nın qadın təşkilatının “liderlərindən” olan Layika Gültəkin ermənilərlə birlikdə döyüşdüklərini etiraf edib.

Bu barədə “Haber Global” Türkiyənin Təhlükəsizlik Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, L.Gültəkin bu etirafı təşkilatın nəşrində edib. “Biz Qarabağa gedib, erməni əsgərləri ilə birgə vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq”, - deyən təşkilat “rəhbəri” terrorçuların Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bununla da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan hərbçiləri ilə bir sırada olduğu bir daha sübut edilib.

Mənbə bildirib ki, PKK/KCK terror təşkilatının Qarabağda Ermənistanın tərəfini tutmaqda əsas məqsədi rəsmi İrəvanın PKK-nı İraqın şimalında dəstək olmasına sövq etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram