dunya
8.04.2018, 08:56
ABŞ-da avtobusda atışma olub, ölənlər var
ABŞ-ın İllinoys ştatında çarter avtobusunda açılan atəş nəticəsində 3 nəfər ölüb.DogruXeber.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, atışma barədə məlumat alan polis əməkdaşları hadisə yerinə gəldikdə icarəyə götürülmüş avtobusda üzərində güllə yaraları olan 3 meyit aşkarlayıb.
Polisi insident barədə avtobusun sürücüsü məlumatlandırıb. Onun sözlərinə görə, sərnişinlərdən biri qəfil atəş açmağa başlayıb, daha sonra avtobusu tərk edərək hadisə yerindən uzaqlaşıb.
Cinayətkarın saxlanılması istiqamətində əməliyyat keçirilir.