Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Qarabağ münaqişəsinin həllində tərəflər biri-birinə inamsızlıqdan imtina etməlidirlər" - Sergey Lavrov

9-04-2018, 05:26

"Qarabağ münaqişəsinin həllində tərəflər biri-birinə inamsızlıqdan imtina etməlidirlər" - Sergey Lavrov













Dağlıq Qarabağ münaqişəsinin tərəfləri münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir.

DogruXeber.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir qeyd edib ki, eyni zamanda 2011-ci ildə Kazan sammitinin nəticələri də danişiqlar zamanı istifadə olunmalıdır.

“Ən əsası, hələ də danışıqlar zamanı hərdən ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, kifayət qədər olan realist və praqmatik ideyalarda diqqəti cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu ideyaları “kağız üzərində əks etdirmək lazımdır”.

Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: “Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciyə etmirik. İşlər davam etdiriləcək. Əminəm ki, “Kazan sənədi” adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var.”

Nazir həmçinin bildirib: “O illər ortaya çıxarılan heç bir şey, fikrimcə, itirilməyib. Düzdür, bu vaxt ərzində həmsədrlərin tərəflər ilə danışıqlarında inkişaf etdirdiyi bir neçə yeni ideya da yaranıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram