Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ABŞ Suriyada kimyəvi silahdan istifadəni sübuta yetirəcəyini iddia edir

15-04-2018, 09:07

ABŞ Suriyada kimyəvi silahdan istifadəni sübuta yetirəcəyini iddia edir













ABŞ Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib. DogruXeber.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib.


“Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”, - deyə məmur qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram