dunya
28.04.2018, 08:48
Rusiyada meşə yanğınlarının sahəsi 170 min hektara çatıb
Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi 170 min hektara çatıb.
DogruXeber.az ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə yanğın ocaqlarının sayı 88-ə çatıb.
Yanğınlardan ən çox Amur vilayəti zərər çəkib. Hazırda vilayətdə 22 yanğın ocağı qeydə alınıb, meşə yanğınlarının sahəsi 150 min hektara çatıb.
Regionda fövqəladə vəziyyət rejimi davam etməkdədir.