Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək

Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək
29-04-2018, 10:18 292 dəfə baxılıb

Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək













Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər. DogruXeber.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

“Nikol Paşinyan məndən görüşməyi xahiş... Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir”, - deyə Leonid Kalaşnikov bildirib.

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti ötən gün Ermənistan parlamentinin bütün fraksiyaları görüşlər keçiriblər.


Qeyd edək ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram