Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ABŞ-da 7 nəfər donvurmadan öldü

30-12-2017, 11:17

http://news.lent.az/upload/images/news/2017/december/30/big/7df1a5e9ca960efb7a198c53d2db2925.jpg

ABŞ-ın şimal və şərq bölgəsində kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb.



APA-nın məlumatına görə, bu barədə “New York Times” qəzeti xəbər verib.



Məlumata görə, Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər anomal soyuqların qurbanı olub. Bəzi ərazilərdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.



Son günlər Miçiqan ştatında yolların buz bağlaması 30-dək ağır yol qəzasına səbəb olub. Son bir sutka ərzində ştatın bəzi bölgələrinə 15 sm-dək qar yağıb.



Milli Meteorologiya Xidməti gələn həftə ölkənin bir sıra bölgələrində qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb. Belə ki, dekabrın 31-də Nyu-Yorkda temperaturun mənfi 11,6- 17,8 dərəcəyədək düşəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram