dunya
26.06.2018, 18:15
CHP-nin keçmiş sədrləri bir araya gələcək
24 iyun seçkisindən sonra Kamal Kılıçdaroğlunun istefası gündəmə gəlib.
Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Cümhuriyyət Xalq Partiyasında (CHP) parçalanma baş verib.
Rəhbərlik baş verən proseslərin partiyaya ciddi fəsad verməməsinə çalışır. Bu məqsədlə sabah Ankarada CHP-nin keçmiş sədrləri Kamal Kılıçdaroğlu və partiyanın prezidentliyə namizədi Məhərrəm İncə ilə görüşəcəklər.
Qeyd edək ki, sabiq partiya rəhbərləri Altan Öymen, Murat Karayalçın və Hikmet Çetin 27 iyunda Ankarada keçirilən görüşdən sonra partiyanın gələcəyi ilə bağlı qərar veriləcək.