http://bakunews.az/uploads/posts/2018-01/1517091530_1516998722_1.png














Yanvarın 26-da «Xural» qəzetinin baş redaktoru və internet üzərindən yayımlanan «Qaynar qazan» verilişinin aparıcısı Əvəz Zeynallını Baş Prokurorluğa çağırıblar.

Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı APA-ya bildirib ki, aparılmış araşdırmalarla "Xural.com” internet saytında "Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Media eksperti Xalid Ağalıyev jurnalistin prokurorluğa çağırılmasını qanunsuz hesab edir: "Jurnalistlərin prokurorluqda çağırılması, sorğu-sual edilməsi, hansısa formada xəbərdarlıq olunması tendensiyası jurnalistləri hökuməti tənqiddən, ictimai məzmunlu müzakirələr açmaqdan çəkindirmək məqsədi güdür. Belə hallar jurnalistlərin ifadə azadlığına müdaxildir, ifadə azadlığının konsepsiyalarına ziddir. Jurnalistlərin çək-çevir edilməsi həm də mədəni şəkildə hədə-qorxu anlamına gəlir”.

Onun sözlərinə görə, jurnalist yanıla, yanlış bilgilər də yaya bilər, ancaq bu, heç bir halda onun hansısa güc strukturuna, dövlət qurumuna çağırılıb çək-çevir edilməsinə qanuni əsas vermir: "Jurnalist öz fəaliyyətinə görə məsuliyyət daşıyır, ancaq bunun yolu məhkəmədir. Jurnalistlərə qarşı belə basqılar həm ölkə konstitusiyasının ifadə azadlığı ilə bağlı maddələrinə, həm də Avropa Konvensiyasının ifadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsinə ziddir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli bildirib ki, jurnalistin hər hansı bir məsələyə görə çağırılması normal prosedurdur: "Mən özüm də redaktor, jurnalist kimi fəaliyyət göstərmişəm. Yazılan hansısa yazıya görə cinayət işi qaldırıldığı hallar da olub. Yəni çağırılmayla bağlı qanuna müvafiq şərtlər də var”.

Əvəz Zeynallı isə Azadlıq Radiosuna açıqlamasında prokurorluğa çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, onu Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, "profilaktik" söhbət aparıb: "Mənə irad tutulan statuslarım yeni il ərəfəsində yazdıqlarımdır. Həmin statuslarda jurnalistlər - Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı həbs qərarlarından bəhs etmişəm, yeni repressiya dalğasının yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi məncə elə Mehman Əliyevlə müsahibəm idi. Statusları da onun "gözünə qatdılar”.

Jurnalistə yazılı xəbərdarlıq edilib. Ancaq Ə.Zeynallı deyir ki, xəbərdarlığa imza atmaqdan imtina edib: "Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çaşdırıram. Bu, jurnalistin peşə fəaliyyətinə müdaxilədən başqa bir şey deyil. Hesab edirəm ki, jurnalist olaraq nələri etməliyəmsə, elə, o işlərlə məşğulam. Bu hallar məni fəaliyyətimdən çəkindirə bilməz”.

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.


Oxunub: 553

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər