BDU-da talanan milyonlar – Araşdırma





Ölkənin təhsil sistemindəki nöqsanlar, çatışmazlıqlar bir yazıya sığacaq qədər kiçik deyil. Hesab edirik ki, can verməkdə olan Azərbaycan təhsilinin problemləri kifayət qədərdir və bunların həlli dövlətin fəal müdaxiləsi və istəyilə həllini tapa bilər. Dövlətin bu istiqamətdə heç bir addım atmadığını iddia etmək də olmaz, bununla bağlı bir sıra təqdirəlayiq layihələr nəzərdə tutulub, təhsildə keyfiyyətin artırılmasına xidmət edəcək projelər təklif olunub. Amma…

BDU – yağlı tikə…

Savash.org olaraq bu yazıda həmin “amma”ların bəzisinə diqqət yetirməyə və mövzunun ictimai müzakirəsinə səbəb olmağa çalışacağıq. Ondan başlayaq ki, hələ ötən ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verilib. Sərəncama əsasən, hər iki təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir. Bunun anlaşılan izahı budur ki, adıçəkilən universitetlərin dövlət büdcəsindən asılılığı minimuma endirilməli və özlərini maddi baxımdan idarə etmələrinə zəmin hazırlanmalıdır.

Savash.org xatırladır ki, 2000-ci ilin 13 iyulundan mərhum Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərman vermişdi. Həmin fərmandan sonra BDU-da o zaman digər ali təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşmə işi aparılmalıydı. Sonra bu siyahıya Neft Akademiyası (indiki Neft Sənaye Universiteti), Tibb Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Pedaqoji Universitetin də adları əlavə edildi. 2010-cu ildə isə ali təhsil müəssisələrində özünümaliyyələşdirmə mexanizmi ilə bağlı sərəncam imzalandı, 2012-ci ildə özünümaliyyələşdirmə mexanizmi haqqında qanunda dəyişiklər edildi. Amma bu ali məktəblərin adı siyahıya əlavə edilsə də özünümaliyyələşdirmənin yalnız BDU-ya tətbiq olunması haqqında mətbuatda məlumatlar yer alırdı.

Prezident sərəncam verib, amma…

Bakı Dövlət Universitetinin rektorunun maliyyə işləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahir Sultanovun bir müddət öncəki açıqlamasına sözlərinə görə, BDU Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilməlidir. Bunun üçün də Təhsil Nazirliyində müvafiq format hazırlanmalıdır. M.Sultanovun bildirdiyinə görə, əvvəlcədən özünüidarəetmə haqqında mövcud qanunvericiliklə ziddiyyət təşkil etdiyindən, ola bilsin həmin qərarların işə düşməsi haqqında cənab prezidentin belə sərəncamı olub:

“Burada hər bir tələbəyə çəkilən xərcdən söhbət gedir. İlkin olaraq 2010-cu ildə Nazirlər Kabinetinin bu fərmanından irəli gələn məsələlərə görə tələbələrin illik xərci bizi qane etmirdi. Çəkilən xərcin tərkibində təqaüdlər də vardı. Bu məsələdən təqaüdləri çıxandan sonra yenidən BDU-nun müstəqil tələbə fəaliyyətini həyata keçirməsi üçün az vəsait qalırdı. Sonradan bu məsələ yenidən işlənildi və təqaüdü ayrıca bir sətirlə dövlət büdcəsindən verdilər. Bu vaxt hər tələbəyə çəkilən xərc nisbətən qaldırıldı. Həmin metodla bu günə kimi fəaliyyət göstəririk. Amma o demək deyil ki, biz dövlət büdcəsindən maliyyələşmirik. Müvafiq icra hakimiyyəti orqanının vasitəsilə maliyyələşirik. BDU 2010-cu ildən öz-özünə maliyyələşmə prosesini bu günə kimi əldən verməyib. Çünki Azərbaycan üzrə dövlət sifarişlərinin çoxu bizə gəlir”.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına görə, hər iki ali məktəb Təhsil Nazirliyinin tabeliyində çevrilmə yolu ilə yenidən təşkil edilməlidir. Bununla əlaqədar Nazirlər Kabineti publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barəsində təklifləri, prezidentin müvafiq aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təklifləri, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə təqdim etməliydi. Bundan əlavə Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq normativ hüquqi aktların sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətinə prezidentə məlumat verməliydi.

BDU publik hüquqi şəxsə çevrilməliydi, amma…

BDU-dan mövzuyla bağlı açıqlama almaq sadəcə mümkün deyil, hər dəfə mətbuata məsləhət görürlər ki, bununla əlaqədar Təhsil Nazirliyilə əlaqə saxlayın. Nazirliyin İctimaiyyələ əlaqələr sektorundan isə mətbuata belə bir açıqlama verilib ki, hələ bu barədə sektora heç bir məlumat daxil olmayıb. Nazirlər Kabinetindən isə bildirildi ki, məsələ araşdırılıb, bizə cavab veriləcək.
Maraqlıdır, ölkə başçısı 1 ilə yaxındır ki, sərəncam verib, amma aidiyyəti qurumlardan heç bir səs çıxmır.

Abel Məhərrəmov isə dövlətdən 50 milyon istəyir…

Qeyd edək ki, Publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə tamamilə dayandırılmalıydı, amma əksinə BDU-nun rektoru Abel Məhərrəmovun 2018-ci il üçün dövlət büdcəsindən rəhbərlik etdiyi təhsil müəssisəsinə ayrılmasını arzuladığı məbləğin miqdarı nə az, nə çox, düz 50 milyon manatdır.
Mənbə deyir ki, prezidentin məlum sərəncamından sonra A.Məhərrəmovun bu arzusu birmənalı qəbul oluna bilməz. Çünki Bakı Dövlət Universiteti publik hüquqi şəxs statusu qazanan təhsil ocağı kimi, artıq maddi cəhətdən özünü tamamilə təmin etməlidir. Bununla belə, Abel Məhərrəmov büdcədən ötənilki vəsaitlərdən iki dəfədən də çox pul istəyib.
Xatırladaq ki, Bakı Dövlət Universitetinə 2012-ci ildə büdcədən 20 milyon 403 min manat, 2013-cü ildə isə 22 milyon 967 min 593 manat vəsait ayrılıb.
Məlumata əsasən, Abel Məhərrəmovun bu istəyi büdcə müzakirələri zamanı da normal qarşılanmayıb və nəticədə BDU-ya 2018-ci il üçün 10 milyon manat ayrılmasına qərar verilib.
Onu da bildirək ki, sözügedən mexanizmlə bağlı qanun da qüvvəyə mindikdən sonra Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”, “Dənizkənarı Bulvar İdarəsi”, Bakı Nəqliyyat Agentliyi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, “ABAD”, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxslərə çevrilib.

BDU-da yığılan rüşvət, qanunsuz ödənişlər və qohumbazlıq…

Bakı Dövlət Universitetində (BDU) baş verən qanunsuzluqlarla bağlı müxtəlif KİV-lərdə dəfələrlə informasiyalar verilib. Məsələn, BDU rektoru Abel Məhərrəmovun əsas vəzifələrə öz yaxın adamlarını təyin etməsi, ona qarşı çıxanların qanunsuz olaraq işdən çıxarılması, tələbələrdən rüşvət alınması və s. faktlar artıq dəyərli oxucularımıza tanışdır. Bu haqda yenidən söhbət açıb, velosipedi yenidən kəşf etmək niyyətindən uzağıq, odur ki, bu yazıda fərqli mətləblərdən bəhs edəcəyik.
Öncə BDU-da təhsil alan tələbələrin sayı haqqında məlumat verək. Qeyd edək ki, bu universitetdə təhsil alan tələbələrin sayı haqqında dəqiq məlumat verilmir. Zənnimizcə, bu da bir neçə səbəbdən baş verə bilər. Birincisi, universitet rəhbərliyi müəyyən səbəblərdən bu barədə dəqiq məlumat verməkdə maraqlı deyil. İkincisi, bu məsələ ilə bağlı ortada dəqiq statistika yoxdur.

Əlbəttə, ikinci versiya az inandırıcıdır. Çünki kim bilməsə də, cənab Abel Məhərrəmovun rəhbərlik etdiyi təhsil ocağında hər bir tələbənin dəqiq hesabını apardığı istisna deyil. Buradan isə belə qənaətə gəlmək olar ki, BDU tələbələrinin dəqiq sayının açıqlanması məhz rəhbərliyin maraq dairəsində deyil. Nə üçün? Bu haqda az sonra daha geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, hazırda BDU-da 22 min nəfərdən artıq tələbə təhsil alır. Universitetin filiallarını da bura əlavə etsək, bu rəqəm daha yüksək alınar. Ancaq biz 22 min və daha artıq deyil, 20 min nəfər üzərində söhbətimizi quracağıq.

Kəsiri olan tələbə “gəzən valyuta”dır…
Əldə etdiyimiz məlumata əsasən, hər il sözügedən 20 min tələbədən təxminən 4500 nəfəri yekun dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. Mənbə deyir ki, yekunda tələbələrin minimum 10 faizi dövlət imtahanından keçmək üçün 4 min manat ödəmək məcburiyyətində qalır. 4500 nəfərin 10 faizi 450 tələbə edir. Bunu da 4 minə vurduqda normal təşkilatın dövlət büdcəsi formalaşır(1,8 milyon manat).
Məlumata əsasən, iki rüblük imtahanlar da eyni qaydada həyata keçirilir. Deməli, bu halda birinci rəqəmi – 1 milyon 800 mini ikiyə vurmaq lazımdır. Bu halda 3 milyon 600 min manat alınır. Hansı ki, bu vəsait yalnız dövlət imtahanında yılğılan məbləğdir. Digər imtahan və zaçotları da nəzərə alsaq, hər il BDU-da tələbələrdən milyonlarla manat yığıldığı məlum olar.
Digər məsələ – dekanlar, kafedra müdirləri və məktəb direktoruna qohum, eləcə də yerli və dost olan işçilərin analizini aparmaqdır. Şübhəsiz, bu sahədə də vəziyyət heç də yaxşı deyil. Məsələn, rektora yaxınlığı ilə tanınmayan heç kimin vəzifəyə seçilmək şansı yoxdur. Dekan və kafedra müdirləri arasında demək olar ki, gənc kadrlara rast gəlmək mümkün deyil. Bu təhsil ocağında yaşı 80-ni, hətta 90-nı keçmiş dekan və kafedra müdirləri də az deyil.
Mənbə deyir ki, kafedra müdirlərinin 30 faizinin adı var, özü yoxdur. Yəni onlar respublikanın müxtəlif rəhbər strukturlarında işləyir, eyni zamanda kefedra müdiri kimi çalışırlar.
Savash.org sonda axatırladır ki, mövzuyla bağlı araşdırmalarımız davam edir. Bizi izləyin…

Son xəbərlər

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Bütün xəbərlər