Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İCRA BAŞÇILARININ CƏRİMƏLƏRİNİ KİM SİLDİRİR? – Prezident xəbərdarlıq etmişdi!

6-10-2018, 15:13

İCRA BAŞÇILARININ CƏRİMƏLƏRİNİ KİM SİLDİRİR? – Prezident xəbərdarlıq etmişdi!





Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən məlumat daxil olub. Mənbə iddia edir ki, əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. “Aylıq” verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.

Bəs bu cərimələri kim və hansı əsasla silir? Mənbə bildirir ki, bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun nəzarəti altında baş verir. Qanunlarımız sıravi vətəndaşla məmurlar arasında heç bir fərq qoymasa da, Ramiz Zeynalov bu üstünlüyü onlar üçün yaradıb və məmurlar istədikləri vaxt cərimələrini sildirə, bununla da dövlətin büdcəsinə ziyan vura bilirlər.

Qeyd edək ki, hələ bir neçə il əvvəl prezident İlham Əliyev bu məsələyə toxunaraq avtomobillərinə yazılmış cərimələri ödəməyən məmurlara xəbərdarlıq etmişdi. məhz dövlət başçısının bu xəbərdarlığından sonra məmurlar tərəfindən külli miqdarda cərimə ödənilmişdi. Onların arasında hətta nazirlərin belə olduğu bildirilir. Görünür yenidən prezidentin bu məsələyə müdaxilə etməsi vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram