Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Prezidentin Yasamal rayonuna təyin etdiyi yeni icra hakimi kimdir?

Prezidentin Yasamal rayonuna təyin etdiyi yeni icra hakimi kimdir?
2-02-2018, 19:42 582 dəfə baxılıb

http://az.baku.ws/uploads/posts/2018-02/1517572090_ziz_zizov.jpg














Prezident İlham Əliyev Əziz Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edib.

Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.

Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var./BAKU.WS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram