Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“AzTV-də bizi yaxşı işıqlandırmırlar” – Deputat narazılıq etdi

“AzTV-də bizi yaxşı işıqlandırmırlar” – Deputat narazılıq etdi
15-11-2018, 12:59 215 dəfə baxılıb

“AzTV-də bizi yaxşı işıqlandırmırlar” – Deputat narazılıq etdi













“Deputatların maaşlarının artırılmasına bəlkə də ehtiyac yoxdur. Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaja səbəb olur. Amma müavinətlərin artırılması yaxşı olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli “Milli Məclisin xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O həmçinin qeyd edib ki, parlamentin işçilərinin bir çoxu hələ də evsizdir, onların mənzillərə ehtiyacları var: “ Zaman-zaman bu istiqamətdə addımlar atılır. Ona görə yaxşı olardı ki, Milli Məclisin əməkdaşlarının mənzilə olan ehtiyaclarının və poblemlərinin həlli üçün yeni addım atılsın, onlar üçün bina tikilsin”.

T. Kərimli eyni zamanda bildirib ki, parlamentin telekanalının yaradılmasına ciddi ehtiyac var: “Neçə illərdir ki, bu məsələ gündəmdədir, ona görə bu məsələ öz həllini tapmalıdır. AzTV-də də bizi yaxşı işıqlandırmırlar. Hansı ki, bizim vergilərimiz hesabına maliyyələşir. Bəzən fikirlərimiz təhrif olunur. Bu, mənim də tez-tez başıma gəlir, elə himn məsələsində olduğu kimi. Televiziyamız olsa, millət həqiqətin nə yerdə və necə olduğunu bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram