Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? – AÇIQLAMA

16-11-2018, 13:43

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? – AÇIQLAMA















“Hələ ki, Abel Məhərrəmovu heç kim əvəz etmir. Hazırda otağı da boşdur. Gözləyirik…”.
Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmlinin müşaviri Məzahir Sultanov deyib.
Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur.
“Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə 5 prorektor olub. Bundan sonra dəyişikliyin necə olacağı, universitetə müvəqqəti olaraq hansı prorektorun rəhbərlik edəcəyi barədə məlumatım yoxdur”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Abel Məhərrəmov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram