Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Minimum pensiyada “fantastik” artım

Minimum pensiyada “fantastik” artım
3-02-2018, 13:32 478 dəfə baxılıb

http://bakunews.az/uploads/posts/2018-02/1517642578_1517635163_p.jpg














Azərbaycan qanunvericiliyi əmək pensiyasının sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsini nəzərdə tutur.

Əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunub. Bu məbləğ də eyni qaydada indeksləşdirilməlidir.

Dövlət Statistika Komitəsi ötən il dekabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 6,2 faiz artdığını açıqlayıb. Bu hesabla əmək pensiyasının minimum məbləği 6 manat 82 qəpik artır, 116 manat 82 qəpik olur(novator.az).

6,2 faizlik indeksləşdirmə ilə hazırda 150 manat alan pensiyaçıda 9 manat 30 qəpik, 200 manat alan pensiyaçıda 12 manat 40 qəpik, 250 manat alan pensiyaçıda 15 manat 50 qəpik, 300 manat alan pensiyaçıda 18 manat 60 qəpik artım gözlənir.

Artım pensiyaçıların hesabına bu aydan köçürülməlidir. Ancaq artımla bağlı “şad xəbər” pensiyaçılara qabaqcadan müjdə kimi verilmişdi. Yanvar ayında pensiyaçılar onlara çatan pulu gecikmə ilə alıb. Bu səbəbdən bankomatların qarşısında böyük növbələr yaranıb. Üstəlik, vəd olunan artım da olmayıb./Anaxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram