İşğal altında olan rayonlarda təhsil sistemi nədən özbaşına buraxılır? - İTTİHAM













Ümid varıydı ki, düşməni tapdağında olan Xocavəndin gələcək nəsilləri bilikli yetişdiriləcək, onların təhsilinə xüsusi əhəmiyyət veriləcək. Amma Xocavənd təhsil şöbəsi müdiri Ümidvar Məmmədovun fikri-xəyalından bu arzular keçmir.

Xocavənd təhsili respublikada ən geridə qalan bölgələr sırasında yer alıb. İşğal edilmiş rayonların siyahısında da Xocavənd sonunculardandır.

Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin boş olduğu və dərslərinin demək olar ki, 3-5 uşağa keçirildiyi üzə çıxıb. Bir çox hallarda isə məktəblərdə nəinki şagird, heç müəllimdə tapılmır.

Xocavənd məktəblərində vəziyyət həddən artıq acınacaqlıdır. Demək olar ki, Xocavənd məktəblərində dərs keçilmir və bunun müqabilində bir qayda olaraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir.

Məktəblərdə adı keçən şagirdlərin böyük əksəriyyəti Bakıda yaşayır və Xocavənddəki məktəblərinin ünvanını belə bilmirlər.

Bütün bunlar isə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa xeyir-duası ilə baş verir. Çünki mənimsənilən dövlət vəsaitlərində icra başçısı əsas payçı kimi çıxış edir.

Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda Xoavənddə 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi yaranıb. Amma bu rayonların arasında təhsildə ən geriləyən Xocavənd olduğu, ali məktəbə daxil olanların sayında gerilədiyi bildirilir.

Xocavənd Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şəfahət Yusifovun bünövrəsini qoyduğu və öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən vəzifəsindən getdiyi strukturda heç nə dəyişməyib. Bu gün işğal altında olan rayonun təhsili uçuruma yuvarlanmaqdadır.

Xocavənd, Beyləqan və Ağcabədi rayonlarındakı imkanlı şəxslərin övladlarının əksəriyyətinin adları bu məktəblərə yazdırılıb. Adı məktəbdə gedən şagirdlər məktəblərinin hansı kənddə hansı ünvanda yerləşdiyini belə bilmirlər.

Ancaq bunun əvəzində onlar Bakı şəhərində və yaşadığı ünvanda hazılıq kursuna, yaxud müəllim yanına gedirlər.

Hazırda övladlarının daha çox kurslarda və müəllim yanında hazırlaşmasına meyl edən valideyinlər Xocavənd təhsl şöbəsinə üz tuturlar.

Təhsil şöbəsi müdirinin şişridilmiş dərs saatlarından aylıq qazancı isə kifayət qədər çoxdur. Hazırda Xocavənd məktəblərində həqiqətəndə acınacaqlı bir durum yaşanır.

Qarşı tərəfi dinləməyə hazırıq. \\azerinfo.az\\


Oxunub: 467

Son xəbərlər

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Bütün xəbərlər