Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

32 qəzetə KİVDF-dən vəsait ayrıldı - SİYAHI

32 qəzetə KİVDF-dən vəsait ayrıldı - SİYAHI
29-12-2018, 10:00 232 dəfə baxılıb

32 qəzetə KİVDF-dən vəsait ayrıldı - SİYAHI


















Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

DogruXeber.az KİVDF-yə istinadən xəbər veirr ki, Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. O, gündəliyə Fondun 2019-cu ilin birinci rübündə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqinin və cari məsələlərin daxil olduğunu bildirib.

Müzakirəyə çıxarılan məsələ barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 32 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin ikinci yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. O qeyd edib ki, müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 32 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Ramiz Əskər, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 32 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.


32 qəzetə KİVDF-dən vəsait ayrıldı - SİYAHI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram