Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ATMU-nun tələbələri sertifikat aldılar

11-02-2019, 17:00

ATMU-nun tələbələri sertifikat aldılar













Bolqarıstan Respublikasının Sviştov şəhərində Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı keçirilən Beynəlxalq tələbə inşa yazı müsabiqəsində Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi iştirak hüququ qazanıb.

Universitetin “Marketinq” kafedrasının müdiri,i.ü.f.d., dos.Elmira Qocayevanın bildirdiyinə görə "Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” adlı beynəlxalq elmi-praktik konfransa göndərilən məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun inkişaf modellərindən bəhs olunub.

Qeyd edilir ki, müəyyən dəyərlər, o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafında mühüm əhəmiyyətə malikdir.”Mən bir lider olsaydım...davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” elmi praktik konfransa təqdim olunan məqalələrdə konkret desək, rəhbərliyin məsuliyyətli inkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğun yeniliklər nəzərdə tutulur.

İnşa yazı müsabiqəsinin yekun nəticələrinə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER Konfransının münsiflər heyəti tərəfindən sertifikatlarla mükafatlandırılıb, məqalələr CD disklərində buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram