Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO

Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO
26-02-2019, 10:03 199 dəfə baxılıb

Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO




















Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində lentə alınmış videoçarx nümayiş olunub.

Yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqların birləşdirdiyini deyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev vurğulayıb ki, Holokost kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir.

Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib.

“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur.


Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO

Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO
Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram