Bakıdakı uşaq evi ilə bağlı tükürpədici faktları açıqlayan müəllimə nazirliyə çağrıldı












Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.


DogruXeber.az xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:

"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib.

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, ötən gün Leyla Ucalın şəxsi "Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək:

"Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.(bizimyol.info)

Son xəbərlər

Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF

Tanınmış vokal ifaçısının adından dələduzluq edilir

Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi

"Xəstə oğluma müalicə üçün möhlət verilmir" - Hərbi komissarlıqdan şikayət və "şikayətdən imtina"

İrana qırıcılarla hücum edildi – Sensasion iddia

“Ramiz Mehdiyevlə münasibətim olmayıb” - Tahir Kərimli TƏKZİB ETDİ

Mədəniyyət və Gənclər və İdman nazirliklərində yoxlama aparılacaq - AÇIQLAMA

Sabah dollar neçəyə olacaq?

ETSN-də nazirin sözü keçərli deyilmiş... - İDDİA

Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər

“Bəy hamamı” cərimələndi

Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH

Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş olub - YENİLƏNİB + FOTO/VİDEO

Pay torpağı olan bəzi şəxslərə təqaüd veriləcək

Şəmkirdə qaçan gəlinin ATASI – “Qızımı yoldan çıxaran Valehi məhkəməyə verəcəyəm”

"İlham Namiq Kamalın fikirləri ilə tamamilə razıyam"

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO

İran nümayəndə heyəti Vyanadadır

Ərdoğan bu il ilk xarici səfərini Albaniyaya edib

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

Zaur Mikayılovun işçiləri DÖVLƏTƏ QARŞI... - ŞOK İTTİHAMLAR

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Saatlıda COVID-19 bağlı reyd keçirilib

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdı – SON VƏZİYYƏT

Baş həkim işdən çıxarıldı - FOTO

Ermənistanda koronavirusdan gəbərənlərin sayı 8 020-yə çatıb

Bütün xəbərlər