Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazir icra başçıları ilə bağlı Prezidentin köməkçisinə ŞİKAYƏT ETDİ

21-04-2019, 15:49

Nazir icra başçıları ilə bağlı Prezidentin köməkçisinə ŞİKAYƏT ETDİ










Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevə şikayət edib.

Bu barədə demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, nazir Sahil Babayev rəhbərlik etdiyi sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün Prezidentin köməkçisi Zeynal Nağdəliyevdən dəstək istəyib.

Nazir bu sahədəki nöqsanların aradan qaldırılmasına icra başçılarının əngəllər yaratdığını söyləyərək, Prezidentin köməkçisinə şikayət edib.

Sahil Babayev şikayətində qeyd edib ki, bir sıra İcra Hakimiyyəti rəsmiləri ayrı-ayrı vətəndaşları işə götürmək adı ilə məşğulluğa cəlb edərək, onların adına olan maaş kartlarını özlərində saxlayır.

Daha sonra isə həmin vəsaitləri mənimsəyirlər. Nəticədə sözügedən vətəndaşlar sənəd üzərində işlə təmin edilmiş kimi göstərilsə də, ancaq faktiki olaraq işsiz qalırlar.

Həmçinin, nazir bir sıra İcra Hakimiyyəti başçılarının yerlərdə sosial müdafiə sahəsinə yersiz müdaxilələr etmələrindən də şikayətlənib.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə sadalanan problemlərin həllində üzərinə düşən köməkliyi göstərəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram