Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Oliqarx deputat qiyməti 10 milyonlarla olan əmlak alıb

Oliqarx deputat qiyməti 10 milyonlarla olan əmlak alıb
24-04-2019, 14:52 396 dəfə baxılıb

Oliqarx deputat qiyməti 10 milyonlarla olan əmlak alıb















"Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb.

Məlumata görə, "Avromed" dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.

İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.

İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib.

Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də "Avromed"in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.

Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.(Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram