Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovub

1-05-2019, 15:37

Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovub






Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.

Təhsil Nazirliyindən bildirilib ki, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xatırladaq ki, bu il fevralın 21-də, təxminən, saat 12:00 radələrində 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.

Hadisə ilə bağlı məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram