Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qarabağ veteranı 1-ci vitse Prezidentə müraciət etdi…

Qarabağ veteranı 1-ci vitse Prezidentə müraciət etdi…
4-05-2019, 18:27 893 dəfə baxılıb

Qarabağ veteranı 1-ci vitse Prezidentə müraciət etdi…



















Dövlər qurumları bir çox hallarda vətədaşların etdiyi müraciətlərə biganə yanaşır. Bunu DogruXeber.az-ın redaksiyasına müraciət edən vətəndaşlar qeyd edirlər. Belə ki, redaksiyamıza müraciət edən Qarabağ veteran, 1-ci qrup əlil Məmmədov İlqar Fikrət oğlu bildirib ki, “böyrəklərimdən əziyyət çəkirəm müainə və müalicə olmağa imkanım yoxdur.” Vətəndaş qeyd edir ki, hansı dövlət orqanına müraciət edirəmə heç biri məni qəbul etmir. Çarəiz durumda qalan Qarabağ veteran 1-ci qrup əlil İ.Məmmədov redakiyamız vasitəsilə 1-ci vitse Prezident Mehriban xanım Əliyevaya məktubla müraciət edib. Məktubu olduğu kimi sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının 1-ci vitse prezidenti
xanım Mehriban Əliyevay
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan
qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 2A
ünvanında yaşayan Məmmədov İlqar Fikrət
oğlu tərəfindən (tel:055-514-02-86)

MÜRACİƏT

Hörmətli Mehriban xanım !-
Siz Azərbaycana xidmət edərək üzərinizə düşən vəzifələri ləyaqətlə yerinə yetirirsiniz. Siz istər Heydər Əliyev fondunun rəhbəri istər millət vəkili istər UNSESCO - nun İSESCO - nun xoş məramlı səfiri, istərsə də 1-ci vitse prezident kimi üzərinizə düşən işlərin, vəzifələrin çətinliyindən ,asanlığından , sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, hamısını şərəf və ləyaqətlə, uğurlu və layiqincə yerinə yetirirsiniz. Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzu edirik. Biz ailəlikcə sizi çox sevirik.
Hörmətli Mehriban xanım !-
. Mən Məmmədov İlqar Fikrət oğlu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, xəsarət alan ‘Qarabağ’ qazisiyəm. Heydər Əliyevçiyəm. Eyni zamanda Heydər Əliyev siyasətinə ləyaqətlə xidmət etmişəm. Dövlətimizin qurulmasında 1993-cü il tarixində Lənkəran hadisələrində Azərbaycanın suverənliyi, müstəqilliyinə qarşı, baş verən dövlət çevirilişinə cəhdin qarşısının alınmasında fəal iştirak edən,əzab əziyyət çəkmiş insanlardan biriyəm. Qarabağ qazisi və 1-ci qurup əliləm.
Hörmətli Mehriban xanım !-
Mən Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Mən hal-hazırda hər iki böyrək çatışmamazlığından əziyyət çəkirəm. Daxili İşlər Nazirliyinin Hospitalında 1, 3, 5 - ci günlər (Hemodializ seansı alıram). Günü gündən zəifləyir halsızlaşıram ölümə doğru gedirəm. Maddi cəhətdən imkansız ailəyik.Həyat yoldaşımda 2-ci qrup əlildir. Mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm. Bunun üçün də göydə Allah, yerdə Sizdən köməklik gözləyirəm. Həyatımı davam etdirmək üçün, sağlamlığıma qovuşmaq üçün, böyrək transplantasiyası əməliyyatına ehtiyacım var.Bu əməliyyatı həyata keçirmək üçün maddi yardıma ehtiyacım var. Çox xaiş edirəm mənə köməklik edin, sağlamlığıma qovuşum. Ancaq böyrək köçürülməsi ilə sağalmağım mümkündür.Bunun üçün nə donorum yoxdur nədəki pulum. Donorum olmadığına görə əziyyət çəkirəm. Odur ki mənim müraciyyətimi nəzarətinizə götürərək köməklik göstərməyinizi Sizdən çox xaiş edirəm. Vətən üçün dövlət üçün torpaq üçün döyüşən xəsarət alan və sağlamlığını itirən Qarabaq qazisinə Siz sahib çıxmasanız xəsarət alana sağlamlığını itrənə siz yardım etməsəniz Sizdən başqa mənə kim yardım edəcək? Mən inanıram ki, siz mənə köməklik edəcəksiniz . Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

Imza: Məmmədov İlqar Fikrət oğlu

Tarix: 04.05.2019
Qarabağ veteranı 1-ci vitse Prezidentə müraciət etdi…
Qarabağ veteranı 1-ci vitse Prezidentə müraciət etdi…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram