Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib
8-05-2019, 15:50 265 dəfə baxılıb

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib















3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

DogruXeber.az xəbər verir ki, Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra - Komissiya) yeni tərkibi genişləndirilib.

Belə ki, Komissiyanın tərkibinə - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram