Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yerin təkindən bu hallarda istifadə etmək olar - Baş nazirin qərarı

Yerin təkindən bu hallarda istifadə etmək olar - Baş nazirin qərarı
14-05-2019, 10:11 272 dəfə baxılıb

Yerin təkindən bu hallarda istifadə etmək olar - Baş nazirin qərarı














"Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı" təsdiq edilib.

DogruXeber.az oxu.az-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:

1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;

2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;

3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;

4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;5. yer təkinin geoloji öyrənilməsi hallarında;

6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;

7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram