gundem / bolge
16.05.2019, 15:12
Səhiyyə naziri İsmayıllıda 5 rayonun sakinləri ilə görüşdü
Səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Göyçay, Qəbələ, Şamaxı, İsmayıllı və Qobustan rayon sakinlərini qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat kimi müraciətlərə baxılıb.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.