Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər














Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.

DogruXeber.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.


Oxunub: 714

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər