Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İki səhiyyə ocağı birləşdirildi

İki səhiyyə ocağı birləşdirildi
31-05-2019, 10:35 247 dəfə baxılıb

İki səhiyyə ocağı birləşdirildi












Səhiyyə naziri Oqtay Şirəliyev Respublika Yanıq Mərkəzinin 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının şöbəsi kimi fəaliyyət göstərməsi ilə bağlı əmr imzalayıb.

DogruXeber.az xəbər verir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzi Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (DHTİ) Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tabeleyində olub. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, gələn il yanvarın 1-dən etibarən xəstəxanalar icbari tibbi sığorta sisteminə keçəcək. Plastik və rekonstruktiv cərrahiyyə klinikası isə Səhiyyə Nazirliyinin balansında qalacaq: "Respublika Yanıq Mərkəzinin 5 nömrəli xəstəxananın tərkibinə verilməsinin səbəbi yanıqla bağlı müraciət edən xəstələrin də icbari tibbi sığortadan yararlana bilməsidir".

Qeyd edək ki, Respublika Yanıq Mərkəzi 2014-cü ildə yaradılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram