Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək

Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək
17-06-2019, 15:14 300 dəfə baxılıb

Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək












Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, komanda iyunun 21-30-da keçiriləcək yarışda 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcək.

Qadın boksçuların yarışında isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları "Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti üç gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığma iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram