Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakının məşhur xəstəxanasına yeni təyinat

16-02-2018, 12:53

Bakının məşhur xəstəxanasına yeni təyinat













Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

S.Əhmədova qeyd edib ki, bu vəzifəyə Bakı Sağlamlıq Mərkəzinin keçmiş baş həkimi Hikmət Həsənov gətirilib.

H.Həsənov bildirib ki, artıq dünəndən yeni vəzifəsinin icrasına başlayıb.

O, iki ay bundan əvvəl çalışdığı publik hüquqi şəxs statusu alan Bakı Sağlamlıq Mərkəzində ixtisara düşdüyünə görə işdən çıxarıldığını deyib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub. Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub.

Qeyd edək təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.

Mənbə: report.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram