Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İlin sonunadək bütün yeni binalar sənədləşdiriləcək

İlin sonunadək bütün yeni binalar sənədləşdiriləcək
2-07-2019, 14:07 300 dəfə baxılıb

İlin sonunadək bütün yeni binalar sənədləşdiriləcək












İlin sonunadək bütün çoxmənzilli binalar sənədləşdiriləcək.
Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

O bildirib ki, Prezident İlham Əliyev ilin əvvəlində imzaladığı çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi ilə bağlı fərmana uyğun olaraq Komitə 59 layihəni təsdiq edib:

“Bu isə 11 mindən çox mənzil deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən bir həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.
S.Nuriyev qeyd edib ki, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq:

“Müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram