Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qlobal istiləşmənin İslamın VACİB ƏMƏLLƏRİNDƏN birini təhlükədə qoyduğu bilindi…

26-08-2019, 13:17

Qlobal istiləşmənin İslamın VACİB ƏMƏLLƏRİNDƏN birini təhlükədə qoyduğu bilindi…












Böyük Britaniyanın bir müsəlman xeyriyyə təşkilatı(“Islamic Relief UK”) qlobal istiləşmənin İslamın 5 vacib sütunundan birinə birbaşa təhlükə yaratması barədə xəbərdarlıq edib.
“The Ecologist” nəşrinin yaydığı məlumata görə, təşkilat rəhbərliyi ekoloji araşdırmalara əsaslanaraq müsəlmanları bu təhlükəyə qarşı mübarizəyə başlamağa və dünyada parnik qazlarının azaldılmasına nail olmağa çağırıb.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları qlobal istiləşmənin 30 ildən sonra yay aylarında Həcc ziyarətini qeyri-mümkün və ya ölümcül dərəcədə təhlükəli həddə gətirəcəyini təsbit ediblər. Məsələn, bu il 23 avqustda Məkkədə havanın temperaturu 40 dərəcə olub. Şimal ölkələrindən gələn zəvvarlar üçün bu temperatur onsuz da yüksəkdir. Ancaq 2047-2052 və 2079-2086-cı illərdə – Həcc ziyarəti yenidən yay aylarına düşəndə termometr sütunu daha yüksək həddə qalxa bilər və o zaman zəvvarların əksəriyyəti fiziki olaraq Məkkədə qala və qızmar günəş altında saatlarla uzanan ayinləri icra edə bilməzlər.
“İndi tədbir görməsək, insanlar yalnız artan təbii fəlakətlərdən əziyyət çəkməyəcək, eyni zamanda bu gün dünyaya gələn övladlarımız Həcc ziyarətini müqəddəs vəzifələrini yerinə yetirə bilməyəcəklər”- deyə “Islamic Relief UK” təşkilatının rəhbəri Tufayl Hüseyn bəyan edib. (moderator.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram