Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İtkin düşən 13 yaşlı qız tapıldı

İtkin düşən 13 yaşlı qız tapıldı
11-09-2019, 12:52 193 dəfə baxılıb

İtkin düşən 13 yaşlı qız tapıldı













Suraxanı rayonunda itkin düşən 13 yaşlı qız 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Bu barədə DogruXeber.Az-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Suraxanı qəsəbə sakini, 2006-cı il təvəllüdlü Nelli Ağayeva avqustun 30-da axşam saatlarında evi tərk edib. 10 sentyabr tarixində polis yeniyetməni tapıb. Nelli qohumlarının evində olub və bu barədə ailəsinə məlumat verməyib.

Bundan əlavə, Nərimanov rayonunda da 13 yaşlı qız itkin düşüb. Salmanova Aytac Ruslan qızı 8 sentyabr tarixində, 15:00 radələrində evdən gedib. Onun axtarışları ilə Nərimanov rayonu, 17-ci Polis Bölməsi məşğul olub. Hələlik itkin düşən şəxs barədə məlumat yoxdur.

Bununla əlaqədar hüquq-mühafizə orqanları valideynlərdən övladlarına qarşı, xüsusən də yeniyetməlik dövründə diqqətli olmağı tövsiyə edirlər. Məhz bu yaş dövründə uşaqlar dostları ilə, əks cinsin nümayəndələri ilə yeni münasibətlər qurmağa başlayırlar./Oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram