Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda keçmiş məhkumdan avtomat götürülüb - VİDE

Bakıda keçmiş məhkumdan avtomat götürülüb - VİDE
20-02-2018, 18:44 425 dəfə baxılıb

 Bakıda keçmiş məhkumdan avtomat götürülüb - VİDE













Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

Dogruxeber.az Xezerxeber.az-a isdinaden xeber verir ki məlumatına görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb.
Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən AKM markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir neçə ay əvvəl Balaxanı qəsəbəsində tapdığını, həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram