Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR

Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
18-10-2019, 17:55 250 dəfə baxılıb

Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR














Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdim edib.

Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur.

Qeyd olunan fəaliyyət xərclər üzrə məqsədli dövlət proqramlarının və tədbirləiin maliyyə təminatları üçün 1929,2 milyon manat vəsait proqnozlaşdıırlıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1, 9 dəfə çoxdur.

Layihəyə görə, elm xərclərinə 193,7 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 57, 4 milyon və ya 42,1 faiz çoxdur.

Gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur.

Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb./modern.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram