“İvanovka” alarkən diqqətli olun! Marketləri saxta məhsullar bürüyüb - Fotolar














Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.
AQTA-dan "Yeni Sabah"a verilən məlumata görə, yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.

Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.

Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.

Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunub.

Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.

Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

AQTA-nın aşkarladığı mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan "İvanovka" adlı məhsul (şor) da olub.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdı – SON VƏZİYYƏT

Baş həkim işdən çıxarıldı - FOTO

Ermənistanda koronavirusdan gəbərənlərin sayı 8 020-yə çatıb

Papikyan sözçüsü ilə evlənir

İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR...

"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

Məhbusun ŞOK iddiası

Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Ulduzlar bu gün nə deyir

81 il birlikdə yaşayan cütlükdən möhkəm ailənin sirrii...

Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

Sürücü DYP əməkdaşından narazıdır - YENİLƏNDİ

Qubada orta məktəbdə narkotik əleyhinə maarifləndirmə tədbiri keçirilib

Media camesəi adından Prezidentə MÜRACİƏT OLUNDU - "Xahiş edirik ki..."

Banklar dolların alış qiymətini niyə qaldırıb? - ARAŞDIRMA

Nazir polis mayoruna yeni vəzifə verdi - ƏMR

Avropada əsəblər tarıma çəkilib: Gözləntilər nələrdir? - GƏLİŞMƏ

Sabaha olan hava proqnozu açıqlandı - XƏBƏRDARLIQ

Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Fransa prezidentliyinə namizəddən növbəti HƏDSİZLİK – Azərbaycana qarşı iddia qaldıracaq...

"İndi bütün telekanallar bir birinə oxşayır" - Xalq artisti

Minimum pensiya məbləği artdı: Problem nədədir?

Rəqsanənin müğənni qızı xəsarət aldı - VİDEO

Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Caliber.Az artıq həm də erməni dilində!

Bakıda anbardakı yanğın söndürüldü - YENİLƏNİB

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ...

Bakıda anbar yanır

AMEA-nın şöbə müdiri vəfat etdi - FOTO

Bütün xəbərlər