Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Avropada müharibə olsa, bu ölkələr məhv ediləcək - Rusiya dəhşətli SSENARİNİ AÇIQLADI

Avropada müharibə olsa, bu ölkələr məhv ediləcək - Rusiya dəhşətli SSENARİNİ AÇIQLADI
5-12-2017, 02:11 407 dəfə baxılıb

http://publika.az/storage/2017/12/04/800x450/24580998_1553850087994915_1815917611_n.jpg“Avropada müharibə başlanacağı halda Baltikyanı ölkələr riskin zonasına düşəcək”.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Sputnik” agentliyinə müsahibəsində bildirib.
“Amma çıxış yolu var: NATO qoşunlarını çıxarmaq və neytral statusu qəbul etmək”, - siyasətçi deyib.
Jirinovskinin sözlərinə görə, ərazisində ABŞ-ın hava hücumundan müdafiə sistemlərini yerləşdirən ölkələr böyük Avropa müharibəsi olacağı halda məhv edilə bilər: “Çünki heç kim dözməyəcək ki, oradan Rusiya üçün birbaşa təhlükə olsun. Baltikyanı ölkələrin hakimiyyəti, Polşa və Ukraynanın özləri tələb edirlər ki, onlarda daha çox NATO qoşunu yerləşdirilsin. Və müharibə başlayacağı halda, əlbəttə, qarşı duran tərəflərin qarşılıqlı məhvi və bombardmanı olacaq”.Onun fikrincə, ərazilərində NATO qoşunları, xüsusilə hərbi texnika yerləşdirən ölkələr özlərini xüsusi risk zonasına daxil etmiş olurlar.
“Axı bu, müdafiə qoşunu deyil, hücum qoşunudur və onun qarşısında tamamilə Rusiyaya hücum məsələsi qoyula bilər”, - siyasətçi bildirib.
O, belə qənaətə gəlib ki, NATO gücləri Rusiyanın sərhəd ərazilərinin tutulması üzrə konkret planlar üzərində işləyir.
“Və bundan sonra onlar hələ də istəyirlər ki, biz bütün bunlara sakitcə baxaq”, - Jirinovski deyib.
Rusiya Dövlət Dumasının üzvü bildirib ki, Baltikyanı ölkələr, həmçinin Litva bir daha düşünməlidir. Onun fikrincə, NATO-dan çıxmaq və bitərəf mövqe tutmaq olar. Jirinovski Finlandiya və İsveçrəni nümunə gətirib.http://publika.az/storage/2017/12/04/24550388_1553850081328249_1000066679_n.jpg






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram