Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Prezident idarəçilik sisteminə yenilik gətirdi”

“Prezident idarəçilik sisteminə yenilik gətirdi”
14-11-2019, 16:34 211 dəfə baxılıb

“Prezident idarəçilik sisteminə yenilik gətirdi”














Prezident İlham Əliyevin son zamanlar həyata keçirdiyi struktur islahatları və kadr dəyişiklikləri gündəmin ən çox müzakirə olunan mövzularındandı...
Ölkə başçısı vəzifəyə təyin etdiyi məmurlarla bağlı yeni yanaşma nümayiş etdirir, onları ayrı-ayrılıqda qəbul edib tapşırıqlar verir, xəbərdarlıq mesajları səsləndirir...



Keçirilən bu qəbullarda Prezident dönə-dönə vəzifəyə təyinat alan şəxslərə “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur” kimi tövsiyələr də verir.



Prezidentin bu təşəbbüsü məmurların fəaliyyətində hansı dəyişikliklərə səbəb ola bilər?



DogruXeber.az xəbər verir ki, Milli Məclisin deputatları Modern.az-ın bu qəbildən olan suallarını cavablandırıblar.



Millət vəkili Vahid Əhmədov bildirib ki, Prezidentin məmurları ayrı-ayrılıqda qəbul etməsi artıq bir sıra təşəbbüslərdə özünü göstərib:



“Elə dünən həmkarımz Cavid Qurbanov Siyavuş Novruzovla məni dəvət etdi ki, Avtovağzalda və digər yerlərdə edilən dəyişikliklərlə tanış olaq. Bundan əlavə biz Bakı ətrafında fəaliyyət göstərəcək qatar yolunun çəkilişini müşahidə etdik, Məhəmədi və Kürdəxanıya qədər izlədik, hələ ki işlər tammlanmayıb, davam edir. Biz həmçinin, yeraltı və yerüstü keçidlər, dayanacaqlar, yolun kənarındakı müəyyən iaşə obyektlərlə tanış olduq. Qatarlara gəldikdə isə onlar İsveçrədən gətirilib. Əhalinin gediş-gəlişi üçün çox yaxşı şərait yaradılır, bu artıq faktdır”.



Vahid Əhmədov görülən işləri çox yüksək qiymətləndirirdiyini bildirib.



“Cavid Qurbanov özü təsərrüfat adamıdır, qısa müddətdə belə böyük işlər görüb. Mən fikir verirəm ki, cənab Prezidentin qeyd etdiyi korrupsiya halları cavan məmurlarda yoxdur. İstər vergidə, gömrükdə, miqrasiya xidmətində, kənd təsərrüfatında olsun, diqqət edirəm ki, məmurlar sadəcə Prezidentin qoyduğu məsələlərlə ciddi məşğul olurlar, əhaliylə ciddi təmasda olmağa çalışırlar. Bəlkə də gənc məmurların təcrübələri müəyyən qədər azdır, amma düşünürəm ki, müəyyən vaxta qədər püxtələşəcəklər. Məsələn, Prezident həmkarımız Elşad Həsənovu Yasamalın icra başçısı təyin etdi, mən bunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cavanlar yaxşı işləyəcək, amma yaşlıların da təcrübəsindən istifadə etmək lazımdır. Yəni onları da kənara tullamaq olmaz. Məsələn, mın dünən Cavid Qurbanovun gördüyü işlərə baxdım, onu bəlkə də başqa məmurlar görə bilməzdi. Son dəyişikliklər göstərir ki, Azərbaycanda yeni bir dövr başlayır”.



Deputat Fəzail Ağamalı bildirib ki, Prezident idarəçilik sisteminə yeni bir element gətirib:



“Prezident məmur qəbulunda yaratdığı yeni formatla hər kəsin diqqətini cəlb etdi. Hesab edirəm ki, İlham Əliyev yüksək vəzifələrdən yola salınan məmurlarla görüşüb onların fəaliyyətinə qiymət verməsi dövlətçiliyimizdə yeni bir ənənənin əsasını qoydu. Eyni zamanda, ölkə Prezidentinin etimad göstərilib təyinat alanlarla görüş keçirməsini yüksək qiymətləndirirəm”.



Fəzail Ağamalı bildirib ki, Prezident məmurla görüşündə onların qarşısına konkret vəzifələr qoyub:



“Prezidentin bu təşəbbüsü tək yeni təyin olunan məmurlara deyil, hazırda çalışan bütün məmurlara bir mesajdır, onlara ciddi bir xəbərdarlıqdır. Cənab İlham Əliyev həmçinin, hazırda çalışan, yəni vaxtilə təyinat alan məmurları qəbul edir, birbaşa ekran qarşısında onlara tapşırıqlarını verir və eyni zamanda qarşı tərəfin də hesabatını özü alır. Bu da son dərəcə önəmlidir və ölkə Prezidentinin idarəçilik sisteminə gətirmiş olduğu yenilikdir”.



Deputat Musa Quliyevin sözlərinə görə, İlham Əliyev 2018-ci ildə növbəti dəfə ölkə Prezidenti seçiləndən sonra öz proqramını elan etdi ki, bu proqramda da əsas yeri Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün yeni islahatlara başlamaq tutur:

“İqtisadi islahatlar uğurla başladı və bunun nəticəsində xüsusilə vergi və gömrük sahəsində şəffaflıq müşahidə olundu. Artıq gömrük və vergi sahəsində rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması digər sferalarda da özünü göstərdi. Bu il ərzində isə sosial sahədə islahatlar dərinləşdi, 30-a yaxın fərman və sərəncamla islahatlar gerçəkləşdi. Dövlət idarəetmə sistemində islahatlar başladı”.



Musa Quliyev qeyd edib ki, bu islahatların əsas mahiyyəti müasir düşüncəli, dünyanın müxtəlif universitetlərində təhsil almış gənc kadrların vəzifəyə təyin olunmasından ibarətdir:



“Bu da Azərbaycanın idarəetmə sistemində yeni mərhələnin başlandığını göstərir. Bu prosses davam edir və özünü doğruldur. Gənc kadrlar nazir vəzifəsinə təyin olundu. Prezidentin bu təşəbbüsünü yüksək qiymətləndirirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram