Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Penitensiar xidmətə yeni səlahiyyət verilib

Penitensiar xidmətə yeni səlahiyyət verilib
28-11-2019, 10:42 224 dəfə baxılıb

Penitensiar xidmətə yeni səlahiyyət verilib





Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.

DogruXeber.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.

Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyasının 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmayıb./APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram