Bu gün ilk dərslər Xocalı soyqırımına həsr olunub













Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr olunub.

İdarədən verilən məlumata görə, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Dərslər xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olunub.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.

Qeyd edək ki, Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin soyqırım şahidləri ilə görüşü və "Ana fəryadı” abidəsinə ziyarəti davam edir.

@DogruXeber.az


Oxunub: 974

Son xəbərlər

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Azərbaycanda zəlzələ oldu

Azərbaycan nefti ucuzlaşdı

Bu günə olan valyuta məzənnələri

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Azərbaycanda “Qidam” portalı yaradılacaq

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Tayvanda son sutkada 200-dən çox zəlzələ oldu

Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Orucovların 4 şirkəti bağlandı

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Kiyev işğal olunsa...

Kreml: Rusiya və Azərbaycan arasında ticari-iqtisadi potensialı genişləndirmək imkanları var

Rusiya klubunun futbolçusu fırıldaqçıların qurbanı olub

Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Putin daha altı il qazandı: amma bu, nəyisə dəyişəcəkmi?

Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

Erməni istehkamçılar Aşağı Əskipara kəndində mina təmizləmə işlərinə başlayıblar

Azərbaycan Rusiya ilə dağ turizmi çərçivəsində əməkdaşlıq edəcək

Həqiqətənmi Gürcüstana təhdid var?..

"Azərbaycanın yaşayış məntəqələri uğrunda döyüşməyə hazırsız?" - Paşinyanın ofisi

Bütün xəbərlər