Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Ramiz Mehdiyevin, Əli Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti..." - Rüstəm İbrahimbəyov

10-12-2019, 13:20 170 dəfə baxılıb

"Ramiz Mehdiyevin, Əli Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti..." - Rüstəm İbrahimbəyov














"Ramiz Mehdiyevin, Əli Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti..."Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar

Bu barədə tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib.

“Onları çoxdan çıxarmaq lazım idi, ən yaxşı isə ora təyin etməməliydilər. Bugünkü rəsmi ideologiyada nə qədər mənfi varsa, onların fəaliyyətinin nəticəsidir”, - R.İbrahimbəyov deyib.

Eyni zamanda o qeyd edib ki, həmin adamların kənarlaşdırılması aysberqin ancaq görünən hissəsidir.

“Hələlik məlum deyil, bunun arxasında nə durur. Bu, taktiki addımdır, yoxsa strategiya dəyişikliyidir?”, - dramaturq deyib.

“İlk növbədə bu tandemin üzərinə hansı günahı qoymaq olar?” sualının cavabında R.İbrahimbəyov ümumilikdə ideoloji cəbhədə böhranlı vəziyyəti göstərib. Bu, telekanalların və KİV-lərin çox aşağı səviyyədə olmasında, az-çox müstəqil olanın da dağıdılmasında, plüralizmin olmamasında özünü göstərir.

Mədəniyyət sahəsində də: teatr, kino, musiqi və digər sahələrdə vəziyyət yaxşı deyil.

“İnanıram ki, hakimiyyət məhz bu səbəbdən Mehdiyev-Həsənov tandemini uzaqlaşdırıb və bu tədbirləri alqışlayıram.

Rəhbərliyin son addımları məni sevindirir və nikbinlik yaradır. Özlərini gözdən salan köhnə kadrların getməsi və gənclərin, təhsilli şəxslərin gəlməsi sözsüz ki, vəziyyəti sağlamlaşdıracaq.

Mən bu addımları hər vəchlə dəstəkləyirəm və lazım gələrsə, bu məsələdə hakimiyyətə mümkün olan bütün yardımı göstərməyə hazıram”, - R.İbrahimbəyov vurğulayıb.

“Hələ bir neçə il əvvəl mədəniyyət və ictimai xadimlər Ziyalılar Forumunu yaratmışdılar. Bu Forum məhz cəmiyyətin sağlamlaşdırılması məsələsinin vacibliyini qarşıya qoyurdu.

R.Mehdiyevin və Ə.Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti devirməyə çalışan müxalifətçilər kimi təqdim edirdilər. Ümid edək ki, onların yerinə gələnlər özlərini başqa cür aparacaqlar”, - R.İbrahimbəyov deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram