Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan ət idxalını azaldıb

Azərbaycan ət idxalını azaldıb
29-12-2019, 13:05 170 dəfə baxılıb

Azərbaycan ət idxalını azaldıb













Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 111,45 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib.
DoğruXəbər.az “Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, diri heyvan ixracı ötən ilin eyni dövr ilə müqayisədə 3,5 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 1,6% azalaraq 52 750,47 min ABŞ dolları təşkil edib. Bu, cəmi idxalın 0,43%-i deməkdir.

Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,7 dəfə azalma qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 12,6% çox – 71 662,63 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da cəmi idxalın 0,58%-ni təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram