Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda bir bank - ZƏRƏR AÇIQLADI

Azərbaycanda bir bank - ZƏRƏR AÇIQLADI
13-01-2020, 17:22 261 dəfə baxılıb

Azərbaycanda bir bank - ZƏRƏR AÇIQLADI














İran Milli Bankının Bakı filialı 2019-cu ili 16,557 milyon manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2018-ci ildən 2,14 milyon manat xalis mənfəətlə çıxmışdı.

Eləcə də bax: Bakıdakı İran Bankı «çökür» - HESABAT

DoğruXəbər.az xəbər verir ki, ötən il İran bankının gəlirləri 3,703 milyon manat (illik müqayisədə 7,4% çox), xərcləri 1,952 milyon manat (7,6% çox), xüsusi ehtiyatlara ayırmaları 18,293 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 14 min manat (7,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 98,719 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 4,185 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bakı filialının kredit portfeli 17% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 8,4% artaraq 62,124 milyon manata, o cümlədən depozit portfeli 41,2% artaraq 11,498 milyon manata çatıb, balans kapitalı isə 31,1% azalaraq 36,594 milyon manata düşüb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram