Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şöbə müdiri müəllimi təhqir edib?

28-02-2018, 19:34

Şöbə müdiri müəllimi təhqir edib?












İmişli rayon Sərxanlı kənd 1 saylı tam orta məktəbinin rəsmxət müəllimi Xəyal Yusifov Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun onu təhqir etdiyini iddia edib.

Müəllim şikayətində bildirib ki, dərs saatı az olduğu üçün şöbə müdirinin qəbulunda olub. Bu zaman R. Əmirov onu təhqir edərək qovub:

“Dərs saatımın artırılması üçün Təhsil Şöbəsinə müraciət etdim. Kobud insan olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. O məni təhqir edib otaqdan qovdu. Rayonda rəsmxət müəllimi onsuz da azdır. Ancaq dərsi bizə yox, qeyri-ixtisas müəllimlərinə verirlər”.

Bundan başqa, X. Yusifov şikayətində məktəbin direktor əvəzi Sahil Vəliyevin də onu döydürməklə hədələdiyini qeyd edib.

Təhsil Nazirliyindən məsələylə bağlı sorğumuza cavab olaraq bildirilib ki, şikayət araşdırılıb və X.Yusifov həmin məktəbdə təsviri incəsənət müəllimi işləyir və bu fənn üzrə bütün dərsləri (cəmi 9 saat) özü tədris edir. X.Yusifov ikinci iş yerində də dərs demək istəyi ilə təhsil şöbəsinə müraciət edib. Müraciətini nəzərə alaraq, ona rayonun Rəsullu kənd tam orta məktəbində mövcud olan vakant incəsənət dərsləri təklif olunub. Lakin X.Yusifov həmin məktəbdə işləməkdən imtina edib, yalnız şəhər məktəblərində işləmək istədiyini bildirib. Onun diqqətinə çatdırılıb ki, hazırda həmin məktəblərdə təsviri incəsənət fənni üzrə vakant dərsləri yoxdur.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov öz izahatında X.Yusifovu qəbul edərkən onu təhqir etmədiyini bildirib./“Qafqazinfo



@Dogruxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram