Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dünyanın ən yaxşı klublarının reytinqi açıqlandı - Azərbaycandan iki klub var

Dünyanın ən yaxşı klublarının reytinqi açıqlandı - Azərbaycandan iki klub var
21-01-2020, 12:57 177 dəfə baxılıb

Dünyanın ən yaxşı klublarının reytinqi açıqlandı - Azərbaycandan iki klub var










Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.
DoğruXəbər.az bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycan iki klubla təmsil olunub. Ölkəmizin ən yaxşı komandası “Qarabağ”dır.

Son ölkə çempionu 144 xalla dünyanın 80-ci komandasıdır. Ötən il 137-ci olan Qurban Qurbanovun yetirmələri 57 pilləlik sıçrayışa nail olub. Ağdam klubu Türkiyə çempionu “Qalatasaray”ı da qabaqlayır. İstanbullular 124 xalla 110-cu yerə şərikdir. Təmsilçimiz “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), “Partizan” (Serbiya), “Zenit” (Rusiya) kimi tanınmış klubları arxada qoyub.

Azərbaycanın ən titullu klubu “Neftçi” isə daha böyük irəliləyişə nail olub. Bakılılar 90 xalla 217-ci yerə şərikdir. “Ağ-qaralar” “Real-Sosyedad” (İspaniya), “Kukuta” (Kolumbiya), “Daequ” (Cənubi Koreya) və “Hayduk” (Xorvatiya) komandaları ilə eyni göstəriciyə malikdir. Ötən il 459-cu olan “Neftçi” nə az, nə çox 242 pilləlik sıçrayışa imza atıb.

Dünyanın ən yaxşı klubu isə İngiltərə təmsilçisi “Liverpul”dur. Çempionlar Liqasının qalibi olan Yurgen Kloppun komandasının 316 xalı var. “Barselona” (İspaniya) 293 xalla 2-ci, “Mançester Siti” (İngiltərə) 284 xalla 3-cüdür.

Qeyd edək ki, qonşu Türkiyənin təmsilçilərindən “Qalatasaray” (124 xal)110-cu, “Trabzonspor” (114,5 xal) 132-ci, “Başakşəhər” (112,5 xal) 137-ci, “Yeni Malatyaspor” (88,5 xal) 224-cü, “Beşiktaş” (84 xal) 237-ci, “Fənərbaxça” (78 xal) 266-cı yerdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram