gundem
21.01.2020, 15:48
40 saniyəyə 60 milyon qazandı
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor ikiqat UFC çempionu Donald Serronla Las-Veqasda keçirilən qarşılaşmanın hər saniyəsi üçün 2 milyon dollar qazanıb.
DoğruXəbər.az xəbər verir ki, UFC-246 turnirində 40 saniyəyə qələbə qazanan 31 yaşlı irlandiyalı boksçu 60 milyon funt sterlinq əldə edib. Döyüşçü bu gedişlə 35 yaşına qədər artıq milyarder olacağını düşünür.
Qeyd edək ki, görüş üçün mükafat məbləği ilkin olaraq 3.8 milyon funt sterlinq müəyyənləşdirilib.
“Yeni Sabah”