Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda Çin restoranları bağlanır? - Açıqlama

Bakıda Çin restoranları bağlanır? - Açıqlama
30-01-2020, 09:41 213 dəfə baxılıb

Bakıda Çin restoranları bağlanır? - Açıqlama










“Koronavirus - 2019-nCoV'” virusunun Çində yayılması xəbəri fonunda Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda araşdırmalar aparılıb.
“DoğruXəbər.az ” Trend-ə istinadən xəbər verir ki, DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, Assosiasiya bu məsələ ilə bağlı ölkədə uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb:

"Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarına heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər”.

Sədr əlavə edib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və bu il ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi:

“Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram